XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2016 - 22:09

Yerevanda polis binasını zəbt edənsilahlı qrup təslim olub

ermenistan-3

Ermənistan polisinin Patrul-mühafizə alayının Yerevanın Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.

APA-nın məlumatına görə, bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb: “Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”. 

Bundan əvvəl silahlı qrup təslim olmaq  qərarını açıqlayıb. Bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib: “Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik". 

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.

Strateq.az