Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirmiş Xıl kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Zamanov tutulub.
Qətlin digər iştirakçıları – Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər. Onların tapılıb tutulmaları ilə bağlı tədbirlər davam etdirilir.
Strateq.az