"Hazırda İmişlidə afterşoklar davam edir".
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Lent.az-a verdiyi məlumata görə, zəlzələ baş verən ərazidə xırda təkanlar qeydə alınır: "Bu təkanların olması normaldır. Enerji boşalması getməlidir".
Zəlzələ nəticəsində dağıntıların olub olmamasına gəlincə, Mərkəz direktoru deyib ki, İmişli ərazisi gilli, qumlu torpaqdır: "Maqnitudası 5-dən çox olan zəlzələlər zamanı evlərdə çatların olması qaçılmazdır. Amma güclü dağıntı gözləmirəm".