XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2015 - 12:40

Türkiyənin qorxduğu başına gəlir- Cerablus YPG-yə verilmək üçün İŞİD-dən təmizlənir

ABŞ və koalisiya qüvvələrinə məxsus təyyarələrin Suriyanın Hələb vilayətinə bağlı Cerablus qəsəbəsini ağır bombardmana tutduğu bildirilir. Qəsəbəyə nəzarət edən İŞİD qüvvələrinə aid binalar artıq yararsız hala düşüb.
Digər məlumata görə, kürd separatçılarından təşəkkül tapan YPG qüvvələri Fərat çayının şərq sahilində hücuma hazır vəziyyətdə gözləyirlər. Bombardman bitdikdən sonra onların Serablus qəsəbəsinə hücum edəcəyi ehtimal olunur.

Qeyd edək ki, şimali Suriyanın bir çox yerlərinin YPG tərəfindən alınması eyni metodlarla həyata keçirilib. İstər Tel Abyad, istərsə də Raqqa ətrafında bir çox yaşayış məntəqələri əvvəl ABŞ tərəfindən ağır hava hücumuyla tam təsirsiz hala gətirilib, daha sonra separatçılar kiçik bir həmləylə yaşayış məntəqələrini işğal ediblər. İndi eyni ssneraninin Cerablusdə təkrarlanması ABŞ-in “Kürdüstan” dövləti qurmaq istədiyi barədə illərdən bəri mövcud olan ehtimalı təsdiqləyir və layihənin son mərhələyə çatdığını sübut edir.

Bilindiyi kimi, Türkiyə ABŞ-ın Kobani və Tel Abyadda kürd separatçılarına verdiyi dəstəkdən sonra girdiyi oyunun qorxuncluğunu, onun özünün də bundan mənfi təsirlənəcəyini anlamış, yaşanan proseslərə sərt tövrünü ortaya qoymuşdu. Rəsmi Ankara Cerablusun kürdlərə verilməsini “qırmızı xətt” elan edərək, buna əsla laqeyd qalmayacağını bildirsə də, görünən budur ki, onun əndişələri saya salınmır. Cerablusə bu gün başlanacağı gözlənilən YPG hücumundan sonra qardaş ölkənin hansı mövqe tutacağı – hücumun qarşısını almaq üçün proseslərə müdaxilə edib-etməyəcəyi maraqla izlənilir.

Serablusun geopolitik əhəmiyyətini anlamaq üçün bu yazılara baxa bilərsiniz:

AKP-nin yanlış hesabları və “Kürdüstan”ın Suriya ayağı – Təhlil

Kürdüstan, İŞİD və Haşimi Krallığı uğrunda qurban edilən türkmənlər – Təhlil

Türk yüksəlişinə qarşı “Kürdüstan” xəyalı və sionizmin “Davamlılıq” strategiyası – Təhlil

Heydər Oğuz

Strateq.az