XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 11:46

“Bizi öyrətmək və qorxutmaq da lazım deyil” –Qırğızıstan prezidentindən Türkiyəyə sərt mesaj

atambayev01

Qırğızıstan prezidenti Almazbek Atambayev rəsmi Ankaranın Fətullah Gülən tərəfdarları tərəfindən onun ölkəsində çevriliş ola biləcəyi barədə bəyanatı absurd adlandırıb.

Bu barədə “İnterfax” xəbər verib.

“Bu absurddur. Yaxşısı budur o, (red: Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu) öz ölkəsində baş verənləri anlasın. Çünki onlar ölkədə çevriliş cəhdindən xəbərsiz olublar”, – deyə Atambayev vurğulayıb.

Qırğızıstan prezidenti qeyd edib ki, Gülənlə bağlılığı iddia edilən liseylər “Respublika ərazisindədir və Təhsil Nazirliyinin təsdiqlədiyi plan əsasında fəaliyyət göstərirlər”. 

Almazbek Atambayev əlavə edib ki, Qırğızıstan müstəqillik illərində göstərdiyi yardımlara görə Türkiyəyə minnətdardır: “Lakin bizə diktə etmək və şərtlər qoymaq lazım deyil. Bizi öyrətmək və qorxutmaq da lazım deyil”. 

Azvision.az