ABŞ ordusunun növbəti Baş qərargah rəisi olması gözlənilən General Cozef Danford İraqın kürd və şiələrdən ibarət iki dövlətə bölünə biləcəyini söylədi.
Məlumata görə, general bu fikirlərini yeni təyinatı ilə bağlı ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində təşkil edilən iclasda dilə gətirib. O, çıxışında bildirib ki, İraqın kürd və şiələrdən ibarət iki dövlətə bölünməsini təsəvvür etsə də, sünnilərin dövlət meydana gətirməyə hazır olduqlarına inanmır.
Heydər Oğuz
Strateq.az