XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 16:01

Azərbaycanın ABŞ-dakı səfiri:"Amerika Azərbaycanla strateji, konstruktiv münasibətləri davam etdirməkdə maraqlıdır"

elin suleymanov

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Dövlət Departamenti tərəfindən keçirilən proqram çərçivəsində beynəlxalq diplomatlardan ibarət qrupun tərkibində Respublikaçılar və Demokrat partiyalarının Klievlend və Filadelfiya şəhərində keçirilən qurultayında iştirak edib.

O, "Amerikanın Səsinin" Demokrat partiyasının qurultayını işıqlandırmaq üçün Filadelfiya şəhərinə ezam olunmuş əməkdaşı Dilşad Əliyarlı ilə müsahibədə öz təəssüratlarını bölüşüb: "Çox maraqlıdır. Klivlenddə və burada maraqlı müzakirələr aparılır. Səfər Dövlət Deprtamentinin protokol xidməti tərəfindən keçirilir. Klivlenddə və burada 80-dən yuxarı səfər iştirak edir, o cümlədən Azərbaycan Respublikasının səfiri. Biz həm Demokrat partiyasının, həm də Respublikaçılar partiyasının xarici siyasət komandaları ilə görüşmüşük, maraqlı müzakirələr aparmışıq və gələcək administrasiya hansı olsa, onların gələcək baxışları ilə tanış olmuşuq. Gələcəkdə hansı fikirlərin, hansı siyasi yanaşmaların olacağını demək hələ tezdir. Amma bizim üçün, səfirlər üçün bu görüşlər çox maraqlı keçir".

Elin Süleymanov seçkilərdə hansı partiyanın qələbə çalmasından asılı olmayaraq Azərbaycan və Amerika arasında ikitərəfli münasibətlərin durmadan inkişaf edəcəyinə inandığını bildirib: "Azərbaycan tərəfi seçkilərin nəticəsindən asılı olmayaraq, Amerika ilə strateji əməkdaşlığı davam etdirəcək və Amerika tərəfi də, mən görürəm ki, Azərbaycanın strateji əhəmiyyətini, regionda aparıcı rolunu tanıyır. Bunu hər iki qurultayda iştirak edərək, müxtəlif müşavirlərlə, xarici siyasətlə məşğul olan şəxslərlə görüşərək, gördük ki, həqitətən də Amerika tərəfi Azərbaycanla strateji, konstruktiv münasibətləri davam etdirməkdə maraqlıdır. Bu da təbii haldır. Bilirsiniz ki, artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsində bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən ABŞ-la çox güclü, çox müsbət münasibətlər qurub və biz də istəyirik ki, bu münasibətlər davam etsin".