Avropa Şurasının sədri Donald Tusk bazar gününə təyin olunmuş Avropa İttifaqı (Aİ) sammitinin təxirə salındığını bildirib.
Həmin sammitdə Yunanıstanın borcu ilə bağlı son qərar təsdiqlənməli idi.
Donald Tusk Twitter səhifəsində yazıb kı, bazar günü avrozonaya daxil 19 ölkənin liderlərinin görüşü “Yunanıstana dair danışıqlar başa çatmayana qədər davam edəcək”.
Avrozona ölkələri Yunanıstana yeni maliyyə yardımının verilməsi və ya ölkənin avrozonadan xaric edilməsi barədə yekun qərar verməlidirlər.
Şənbə günü gecə Yunanıstan parlamenti ölkəyə yeni maliyyə yardımının verilməsi üçün Alexis Tsipras hökumətinin təqdim etdiyi iqtisadi islahatlar planını dəstəkləyib.
Avropa İttifaqındakı mənbələr planın kreditorlar tərəfindən müsbət qarşılandığını bildirirlər.
Strateq.az