XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 21:45

“Çe Gevara”nın ölümü Kəşmirdə münaqişəni yenidən alovlandırıb –FOTOLAR

kasimir-pakistan

Burham Vanini “Kəşmirin Çe Gevarası” adlandırırdılar. Üç həftə əvvəl Hindistan xüsusi təyinatlıları onu qətlə yetirib.

B.Vaninin ölümü Pakistanla Hindistan arasında gərginliyi zirvəyə çıxarıb. Hindistan hökumətinin başına 15 min dollar mükafat qoyduğu Burhan Vani həm də Kəşmirin Robin Hudu sayılırdı.

Bu videoblogger sosial şəbəkələrdə müntəzəm şəkildə videolar yerləşdirərək kəşmirliləri azadlıq uğrunda mübarizəyə səsləyirdi. O, Pakistan meyilli “Hizb-ül-Mücahid” təşkilatının da üzvü kimi tanınırdı. 2015-ci ildə hind polisi onun böyük qardaşı Xalidi qətlə yetirmişdi. Pakistanda B.Valinin ölümü rəsmi şəkildə qınanıb.

Baş nazir Nəvaz Şərif milli hüzn elan etməsi ilə bərabər, rəsmi İslamabadın BMT-dəki səfiri Malih Lodi B.Valinin öldürülməsini “Kəşmir gənclərinin liderinin alçaq qətli” kimi dəyərləndirib.

Bunun ardınca ölkədəki radikal "Camaat-ud-Dava" hərəkatının lideri Hafiz Səid "Kəşmir karvanı"nın hərəkətə gəlməsini elan edib. O, çoxsaylı tərəfdarları ilə Pakistan Milli Məclisi və Senatının “üzvlərini ayıltmaq" və kəşmirlilərin hüquqlarını müdafiə etmək üçün İslamabadda kütləvi etiraz aksiyaları keçirib. Rəsmi Dehlinin bütün tələblərinə baxmayaraq, son illər səngimiş Pakistan-Hindistan qarşıdurması yeni dalğa qazanır. 1947-ci ildən münaqişə bölgəsi olan Kəşmirdə vəziyyətin yenidən ağırlaşmasının hərbi toqquşma ilə nəticələnəcəyi proqnozları daha ucadan səslənir.

Dünyanın “ən qoca” münaqişələrindən biri olan Kəşmir konfliktinin kökləri çox dərindir. Rəsmi Dehlinin güzətsizliyi qarşısında Pakistanın edə bildiyi (siyasi dəstəklə bərabər) yalnız gizli şəkildə yerli qiyamçıları hərbi sursatla təmin etməkdir. Bunun qarşılığında Hindistan hökuməti bölgənin etnik tərkibini dəyişməyə cəhdlər edir. Hind köçkünləri bütün vasitələrlə dəstəkləyən rəsmi Dehli beynəlxalq siyasi səhnədə də xeyli tərəfdaş qazanıb. Kəşmirlilərin hərəkatının terrorçu kimi dəyərləndirilməsi Hindistan hökumətinin əl-qolunu tamam açıb. Son günlərdə Hindistan hüquq-mühafizə orqanlarının bölgədəki hərəkətləri daha amansız forma alıb.

Yeri gəlmişkən, hər bir öldürülən terrorçu üçün pul mükafatı alan polislərin zorakı davranışına rəsmi Dehli çoxdan barmaqarası baxır. Məntiqlə kəşmirliləri müdafiə etməli olan Hindistan müsəlmanları (onların ölkədəki sayı 150 milyon nəfərdir) da dindaşlarına lazımi dəstəyi vermirlər.

Müsəlmanlar arasında ictimai rəy bütünlüklə bölgə sakinlərinin əleyhinədir. Bu mənada Hindistanda özünə lazımi dəstəyi ala bilməyən Pakistan münaqişənin həllində üstünlük qazana bilmir.

Xatırladaq ki, 1989-cu ildən bölgədə başlayan silahlı müqavimət nəticəsində 60 min nəfər həlak olub.

M.Rzasoy

pakistan-aksiya

pakistan-hebs-aksiya