XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 09:03

“Reuters” agentliyi:"Rusiya-Türkiyə əməkdaşlığı Avropanı qorxudur"

erdoqan-putin-09

Rusiya və Türkiyənin “Türk axını” layihəsinin bərpa olunmasının mümkünlüyü ilə bağlı açıqlamaları Avropa İttifaqında ciddi narahatlığa səbəb olub. Bu barədə "Reuters" agentliyi Avropa İttifaqındakı mənbələrə istinadla məlumat yayıb.

Brüsseldə hesab edirlər ki, yeni qaz kəmərinin çəkilməsi Moskvanın mövqeyini möhkəmləndirəcək.

Avropa diplomatlarının fikirincə,  “Türk axını”nın çəkilməsindən sonra Ukrayna Avropanın əsas qaz tranziti ölkəsi statusunu itirəcək. Avropa İttifaqının Rusiyanın “Qazprom” şirkətindən aslılığı daha da artacaq. Eyni zamanda Xəzər bölgəsindən alternativ qaz nəqli mənbələri bağlanacaq.

“Əgər Moskva Ukraynanı Türkiyəyə dəyişməyə qərar versə, Türkiyə ilə Rusiyanın yeni dostluğu problem olar bilər”, – deyə Avropa İttifaqının yüksək vəzifəli məmurlarından biri bildirib.

"Reuters" agentliyinin mənbəsinin sözlərinə görə, Ankara Rusiyadan ucuz qaz almaqda maraqlıdır və böyük ehtimalla Avropa İttifaqına bir sıra problemli tələblər irəli sürəcək. Avropada Rusiya və Türkiyə prezidentlərinin qarşıdan gələn görüşünü narahatlıqla müşahidə edəcəklər. Brüsseldə ehtiyat edirlər ki,  bu görüşdə “Türk axını” layihəsinin bərpa olunması ilə bağlı razılıq əldə oluna bilər.

Xatırladaq ki, “Türk axını” layihəsi Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə qaz boru kəmərinin çəkilməsini, buradan isə Yunanıstan sərhəddinə qədər davam etdirilməsini nəzərdə tutur.  Layihəinin həyata keçirilməsi ilə bağlı Moskva və Ankara arasında razılıq əldə olunsa da, hökumətlərarası saziş imzalanmamışdı.

Türkiyədə Rusiyanın Su-24 təyyarəsi vurulduqdan sonra layihə ilə bağlı müzakirələr dayandırılmışdı.

Strateq.az