XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 09:26

Sionist yazar:“Gülənə çox şey borcluyuq”

fetö

“İsrail Fətullah Gülənə çox şey borcludur”.

Strateq.az xəbər verir ki, bu sözləri nüfuzlu sionist qələm əhli olaraq tanınan Alon Goşen-Gottsteyn son yazılarının birində qeyd edib.

Müəllifin fikrincə, İsrail bütün Yaxın Şərq ölkələrinin Gülən hərəkatına qarşı mövqeyindən böyük narahatlıq duymalıdır. Çünki Fətullah Gülən hər zaman sionizmə, yəhudiliyə simpatiya ilə yanaşıb. Müəllif öz fikrini əsaslandırmaq üçün İsrail-Türkiyə münasibətlərinin əsas qırılma nöqtəsi hesab olunan "Mavi Mərmərə" hadisəsini misal göstərib.

Timesofisrael”də nəşr olunan yazısında müəllif bildirib: "Fətullah Gülən Ərdoğan ilə ən yaxın olduğu dövrdə belə "Mavi Mərmərə" gəmisinin Fələstinə göndərilməsinə qarşı çıxıb. İsrailin suverenlik haqqını vurğulayaraq, Qəzzaya gedəcək yardım kampaniyası üçün İsrail rəhbərliyi ilə əməkdaşlıq edilməsinin lazım olduğunu bildirmiş və bu mövqeyi ilə Ərdoğanı çox qəzəbləndirmişdi. Əslində, iki liderin arasının pozulmasına yol açan ilk hadisə də bu mövqe olmuşdur".

Fətullah Gülənin ən çətin bir dövrlərdə belə İsrailin varlığına sahib çıxaraq dəyişilməz və prinsipial bir duruş sərgilədiyini ifadə edən Goşen-Gottsteynin fikrincə, "bu prinsipiallığa görə  İsrail Fətullah Gülənə çox şey borcludur".