XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 15:54

Seymur Həzi ilə Nigar Yaqubluevləndi (FOTO)

Bu gün 17 saylı cəzaçəkmə müəssisəsində “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi ilə keçmiş məhbus Nigar Yaqublunun nikahı bağlanıb.

Nikahı Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nailə Əhmədzadə rəsmiləşdirib. Nigar Yaqublu Seymur Həzinin soyadını qəbul edib. Mərasimdə bəylə gəlinin əzizləri iştirak ediblər.

Nikah dünən – avqustun 1-də bağlanmalı idi. Lakin həmin gün 4 saylı “ASAN xidmət” bundan imtina etmişdi.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Jurnalist bu ittihamı rədd edərək, «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb(azadlıq.org).