XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2016 - 11:33

İnkişaf etməkdə olan ölkələrinvalyutaları və birjaları düşür

dollaravro

Neftin qiymətinin aşağı düşməsi qlobal iqtisadi inkişafla bağlı narahatılığı artırır və bu da inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına mənfi təzyiq edir.

Malayziyanın pul vahidi Ringit dolar qarşısında 0.7% ucuzlaşaraq 18 İyuldan bəri ən böyük azalmanı qeyd edib. Cənubi Koreya won-u iki gündür düşür. Brent neftin aprel-dən bəri ilk dəfə 42 dollardan aşağı enməsi azalmalara səbəb olur. 

Cənubi Afrika randı və türk lirəsi dollara qarşı 0.2% düşüb. Won və İndoneziya rupisi 0.1%-ə qədər geriləyib.

MSCI İnkişaf Edən Bazarlar İndeksi 0.4% düşərək 871.18 bənd olub. İndeks 2 gündə 1.4% geriləyib. 
Cənubi Koreya, Tayvan və Vyetnamda birjalarının hər biri ən azı 0.6% nisbətdə düşüb.

Qeyd edək ki,  Azərbaycan manatı da dollar qarşısında ucuzlaşıb.

marja.az