XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 08:54

Avropa İttifaqı Yunanıstanla anlaşdı – Avropa böhrandan qorxdu

tsipras_11.jpg

Belçikanın paytaxtı Brüsseldə 16 saatlıq müzakirələrdən n sonra Avropa İttifaqının Yunanıstanla bağlı toplantısında Afina ilə razılaşma əldə olunub. Toplantıdan sonra açıqlama verən Yunanıstan baş naziri Aleksis Tsipras “Yunanıstan yenə inkişaf etmək üçün mübarizə aparmaqda davam edəcək”, – deyə razılaşmanı şərh edib.

Razılaşmaya əsasən Yunanıstana ediləcək 3-cü yardım proqramının şərtləri razılaşdırılıb.

Bu şərtərin qüvvəyə minməsi üçün Yunanıstan parlamentində təsdiq olunmalıdır. Bu şərti Almaniyanın irəli sürdüyü iddia olunur. İyulun 15-dək Yunanıstan parlamentinin razılaşmanın müddəalarını təsdiqləməsi əsas şərtlərdən biri kimi irəli sürülüb.

Əgər yunanlar sərt qənaət tədbirlərini həyata keçirə bilsələr və islahatlar aparsalar onda 3 il ərzində 106 mlrd dollar ala bilərlər.

Qənaət tədbiləri isə ilk növbədə hökumətin sosial proqramları ixtisara salması, sosial müavinətlər, pensiyalar və pensiyaya çıxmaq, əmək haqqılarının miqdarı məsələlərinə yenidən baxılmasını, kommunal xidmətlətin qiymətinin qaldırılmasını, geniş özəlləşdirmənin başladılmasını nəzərdə tutur.

özəlləşdirmə nəticəsində 50 milyad avroluq bir fond yaradılması planlaşdırılır. Bu vəsaitdən, həm yunanların borcunun ödənilməsi, həm də yunan banklarına dəstək verilməsi planları var.

Strateq.az