XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 09:14

Ramazanda əfv olacaq? – Hüquq müdafiəçisindən açıqlama


Cəmiyyətin və siyasi qrupların Ramazan ayında əfv olacağına ümidləri böyükdür.

Məsələ ilə bağlı qrupun üzvü Səidə Qocamanlı Hafta.az-a açıqlamasında bildirib ki, onlar məhbusların adları olan siyahını Əfv Komissiyasına təqdim ediblər. Lakin siyahıda kimlərin adının olmasını S. Qocamanlı bildirməyib:

“Ramazanda əfv sərəncamının olacağını, təbii ki, biz də gözləyirik. ümumiyyətlə, bu məsələ ölkə başçısının səlahiyyətində olan bir işdir. Bu baxımdan öncədən dəqiq nə isə heç kim söyləyə bilməz. Biz siyahımızı hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik. Payız aylarında İşçi qrupunun növbəti toplantıları olacaq. Yay fəsli olduğu üçün bu aylar ərzində İşçi qrupunun toplantıları keçirilməyəcək”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv sərəncamını bu il martın 18-də imzalayıb. Bu sərəncamla 97 nəfər məhbus azadlığa buraxılıb.