XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 19:52

İlham Əliyev Obamanı təbrik etdi- Tam mətn

ilham obama

"Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları dostluq əlaqələri üzərində qurulmuş sıx və çoxşaxəli əməkdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla davam edir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur".

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya ad günü münasibətilə ünvanladığı məktubda öz əksini tapıb.

Dövlətimizin başçısı ad günü münasibətilə ABŞ Prezidentinə ən səmimi təbriklərini və xoş arzularını yetirir.

Məktubda ikitərəfli münasibətlərimizin hazırkı səviyyəyə yüksəlməsində, əməkdaşlığımızın gündən-günə genişlənməsində ABŞ Prezidentinin xidmətlərinin böyük olduğu vurğulanır. Prezident İlham Əliyev inandığını bildirir ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

“Eyni zamanda biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə əlamətdar gündə bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm”, – deyə Azərbaycan Prezidenti məktubda qeyd edir.