Londonun Rassel-skver meydanında əlibıçaqlı şəxsin hücumu nəticəsində 1 qadın ölüb, ən azı beş nəfər isə yaralanıb. Polislər insanlara hücum edən şəxsi həbs edə biliblər.
Polisə hadisə barədə məlumat verənlər bildiriblər ki, əlibıçaqlı şəxs Rassel-skver meydanında yoldan keçənlərə hücum edir.
İnsanlara hücum edən şəxs polisə məlumat daxil olduqdan 6 dəqiqə sonra həbs edilib. Onun tutulması üçün polislər elektroşok tətbiq ediblər.
Brtiyaniya polisi hücum edən şəxsin 19 yaşlı gənc oluduğu barədə məlumat yayıb. Hələ ki, onun şəxsiyyəti ilə bağlı məlumatlar gizli saxlanılır. Polis terrora cəhdi əsas versiya kimi nəzərdən keçirir. Hücum edən şəxsin tək olması, yaxud digər şəxslərlə birgə hərəkət etməsi aydınlaşdırılır.
Rassel-skver meydanı turistlərin çox gəldiyi məkanlardan biridir və məhşur Britaniya muzeyinin, lyuks otellərin yaxınlığında yeləşir.
Strateq.az