XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 09:54

Dollar və avronun bugünkü məzənnəsi- Mərkəzi Bank

manat 100

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 3-ü ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5947 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7775 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,84% bahalaşaraq 0,0240 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,53% zəifləyərək 0,5286 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1254 manatdır. Beləliklə, funt sterlinq 0,23%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi də 0,16% artaraq 0,6783 manat təşkil edib.