Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin edilib.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis-polkovniki Oqtay Kərimov tutduğu vəzifədən azad edilərək idarənin rəisi təyin edilib.