Türkiyədə 15 iyul hərbi qiyama cəhddən sonra həbs olunan keçmiş İstanbul valisi Hüseyn Avni Mutlunun da aralarında olduğu bir qrup vəzifəli şəxslə bağlı hüquqi prosedurlar tamamlanıb. Onlar şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.
Çevik polis qüvvələrinə məxsus avtobusla Bayarampaşa Dövlət Xəstəxansına gətirilən keçmiş vali həkim nəzarətindən keçib.
Şübhəli qismində saxlanılan keçmiş valilər və vali köməkçiləri vətəndaşların sərt etirazları ilə üzləşiblər. Onları aparan avtobusu yumuruqlayan bəzi vətəndaşlar “Vətən xainləri. Bunları asmalısınız”, – deyə şüarlar söyləyiblər.
Strateq.az