Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək. Tərəfdar.az xəbər verir ki, artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq edilib.
Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir. Məsələ ilə bağlı Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətindən xəzər xəbər-ə bildirilib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib. Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır.
Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibklarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır.
https://www.youtube.com/watch?time_continue=1&v=d99mc2_KY2Q