XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 13:53

Əhəd Abıyev:“Çovdarova dedim ki, sən “moşşeniksən...”

Ehed-Abiyev-16

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev Prezidentin sərəncamı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarovla aralarında yaşanan qalmaqala münasibət bildirib.

Ə.Abıyev Ölkə.Az-a açıqlamasında deyib ki, Akif Çovdarov 2 il öncə Daşkəsəndə tenderin qalibi olan və körpü inşa edən şirkətin rəhbərliyini şantaj edərək, həbs edib:

“Bilirsiniz, 2 il bundan qabaq İcra Hakimiyyətinin sifarişi ilə Daşkəsənin Qabaqtəpədə ərazisində körpü inşa edilirdi. Bu körpü keçirilən tenderdə qalib gəlmiş şirkət tərəfindən Avropa standartlarına uyğun və çox yüksək səviyyədə tikilirdi. Həmin vaxtı şirkət nümayəndələri körpünün inşası üçün Bakı şəhərindəki bankdan gedib vəsaiti götürən zaman, MTN-nin vəzifəli şəxsi olan Akif Çovdarov onları şantaj edərək, həbs etmişdi. Mən də bu hadisəni eşidib MTN-ə getdim, gecə saat 22 radələrində o vaxtkı milli təhlükəsizlik nazirinə dedim ki, bu adamları nə əsasla tutmusunuz? Sonra Eldar Mahmudovun göstərişi ilə aydınlaşdırıb, onları sərbəst buraxdılar. Həmin vaxtı Akif Çovdarovla aramızda böyük mübahisə yaranmışdı. Hətta, mən Akif Çovdarovla dalaşmaq dərəcəsində qaldım. Akif Çovdarova dedim ki, sən təsadüfi general olan adamsan. Sübut etdim ki, o, adamları günahsız yerə tutub”.

Ə.Abıyev qeyd edib ki, Akif Çovdarov onu hədələməsə də, ancaq rayonda iş görən sahibkarları hədələyib:

“Akif Çovdarov konkret olaraq məni hədələməyib. Məni nə əsasla hədələyə bilərdi? Mən iş adamı deyil idim, sadəcə olaraq rayonda görülən işə nəzarət etmişəm. Rayonun başçısı kimi, Daşkəsəndə dövlətin ayırdığı vəsait hesabına iş görmək istəyən adamlara qarşı xuliqanlıq və quldurluq edən dəstə başçısına mən nə deməli idim? Deməli idim ki, Akif Çovdarov düz edirsən? Həmin vaxtı mən imkan vermədim ki, dövlətin vəsaiti bu cür adamlar tərəfindən oğurlansın. Ona görə də rayon rəhbəri kimi MTN-ə gedərək, buna qarşı çıxdım və iş adamlarının azad olunmasını birbaşa Eldar Mahmudovdan tələb etdim. Qanunsuz hər hansı əməl olmadığı üçün onları buraxdılar. Akif Çovdarov kimi adamlar da cavablarını aldılar. Sadəcə olaraq, bunlar kim iş görürdüsə, gedib onlardan pul almağı vərdiş etmişdilər”.
Ə.Abıyev “Akif Çovdarov şəxsən sizdən də rüşvət istəyibmi?” –  sualına belə cavab verib: “Onu mənə demirdilər ki, işçilərə deyilirdi. Akif Çovdarov kim idi ki, məndən pul istəsin. Əksinə, mən onlardan tələb etdim ki, tutduqları günahsız adamları azad etsinlər. Akif Çovdarova dedim ki, əlində nə əsas var ki, bu adamları tutmusan? Axı sən kimsən? Sən dələduz, “moşşeniksən”, bu cür dolayı yollarla da uzun müddət Rusiyada axtarışda olmusan. Mən onun həyat təcrübəsini yaxşı bildirdim. Bütün bunlara görə də mənimlə Akif Çovdarov arasında böyük mübahisə yarandı. Ancaq MTN-nin rəhbəri göstəriş verdi ki, tutulanlar buraxılsın. İş adamları buraxılandan sonra da biz oradan qayıtdıq”.