XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 14:28

Ankaradan Vaşinqtona Gülənlə bağlı85 qutu sənəd göndərildi

Türkiyə hökuməti 15 iyul hadisələrinin baş verməsində günahlandırdığı Fətullah Gülənin ABŞ-dan ekstradisiya edilməsində israrını davam etdirir.

Lent.az-ın məlumatına görə, rəsmi Vaşinqtonun Fətullah Gülənlə bağlı sübutların təqdim edilməsi tələbindən sonra onu təhvil verə biləcəklərini açıqlamasının ardından gülənlə bağlı 85 qutu sənəd okeanın o tayına göndərilib.

Fətullah Gülənlə bağlı ifşaedici materiallar Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə Gülən camaatı təşkilatının Türkiyənin dövlət strukturlarına necə sızması detalları ilə göstərilib.