XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 17:55

Sabah bu rayonlaratəbii qaz verilməyəcək

qaz 0087

Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan  verilən məlumata görə, avqustun 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zirə-Şimal DRES” qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Şirvan” və Qazax magistral qaz kəmərləri sahəsinin "Bayramlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.