Türkiyənin aşağıbüdcəli «Pegasus» aviaşirkəti Avropaya uçuşları ucuzlaşdırıb. Aviaşirkətdən fins.az-a verilən məlumata görə, sentyabr ayının 20-dən dekabr ayının 29-na kimi Avropa istiqamətində uçuşlara 30 % endirim tətbiq ediləcək.
Endirimlər Milan-Bergamo, Milan-Malpensa, Bolonya, Roma, Oslo, Barselona, Madrid, Stokholm, Kopenhagen istiqamətində uçuşlara tətbiq edilir. Şirkətdən bildirilib ki, Azərbaycandan “Pegasus”la Avropaya uçmaq istəyənlər də kampaniyadan yararlana bilərlər.
Məsələn, adi qaydada Qəbələdən İstanbul vasitəsilə Milana və Barselonaya uçmaq 484 manata başa gəlir. Kampaniya çərçivəsində isə gediş qayıdış biletini 316 manata sifariş etmək olar. Bu qiymətə yalnız 8 kiloqramlıq əl yükü daxildir.
Aviaşirkətin yerli nümayəndəliyindən verilən məlumata görə, dekabr ayına qədər Avropaya uçuş planlaşdıranlar biletləri ucuz əldə etmək istəyirlərsə, avqust ayının 6-na kimi əvvəlcədən sifariş etməlidirlər.Bundan əlavə bu və digər endirimlərdən yararlanmaq üçün şirkətin saytında qeydiyyatdan keçərək elektron “Pegasus Plus” kartını əldə etmək lazımdır. Biletləri şirkətin saytından və mobil tətbiq vasitəsilə sifariş etmək olar.