"Hər zaman etibarlı bir tərəfdaş olduğumuz Avropanın fövqəladə gərgin proseslərdən keçdiyimiz indiki dövrdə prinsipal mövqe sərgiləməsini, Türk demokratiyasının yanında bizimlə birlikdə və həmrəylik içində olmasını gözləyirik. Ancaq ortaklarımızin heç bir ölçüyə sığmayan daxili siyasətə yönəlik münasibətlərinin demokratiyaya bayraqdarlığı edən AB-nin dəyərlərinə uyğun gəlmədiyini görürük”.
Strateq.az xəbər verir ki, bu təəssüf dolu fikirləri Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlu səsləndirib. O, Avstriyanın baş naziri Kristian Kernin Türkiyə-Avropa Birliyi münasibətləri ilə bağlı fikirlərini şərh edərkən belə deyib.
Türkiyəli nazirin fikrincə, Avstriyadakı aktual siyasi vəziyyət nə olursa olsun, ölkənin baş nazirinin qısamüddətli siyasi dividentlər qazanmaq niyyətilə Türkiyə əleyhdarı mövqedən çıxış etməsi nigaranlıq doğurur.
Avstriyada yaşayan türk cəmiyyətinin bu günə qədər heç bir radikal və irqçi təmayülə yanaşmadığını Avstriya rəsmiləri tərəfindən də bilindiyini deyən Çavuşoğlu buna baxmayaraq, həmin ölkədə yaşayan türklərin gedərək artan irqçi və xarici düşmənçilik motivli hücumlara məruz qaldıqlarını kədərlənərək müşahidə etdiyi xatırladıb: “Bu çərçivədə Türk cəmiyyətinin radikal mövqe tutmaqda günahlandırılması qəbul edilə bilməz. Bizim Avropalı siyasətçilərdən gözləntimiz yüksələn irqçilik və xarici düşmənçilik yox, Türk xalqının haqlı demokratik mübarizəsini dəstəkləmələridir”.
Qeyd edək ki, Avstriya baş naziri Kern dünən axşam dövlət televiziyasına verdiyi müsahibədə, Türkiyə ilə AB arasında keçirilən müzakirələrin mənasız olduğunu iddia etmişdi. O, Türkiyə ilə uzun illərdir danışıqlar aparılmasına baxmayaraq, əllə tutulacaq bir irəliləyişin olmadığını irəli sürərək, 16 Sentyabrda AB Şurasında Türkiyənin üzvlük müzakirələrin dayandırılması və alternativ bir yol tapılmasını təklif edəcəklərini söyləmişdi.
Kern həmçinin bir qəzetə açıqlamasında bəzi türksoylu qruplardan sosial media hesabları üzərindən ölüm təhdidi aldığını iddia etmişdi.