XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 20:50

Nağd əməliyyatlaraməhdudiyyət qoyulacaq

Azerbaydzhan-privyazhet-manat-k-evro

Bu ilin sonunadək Azərbaycanda nağd əməliyyatlara məhdudiyyətlər qoyulacaq. Bu prezident İlham Əliyevin bu təsdiqlədiyi «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə nəzərdə tiutulub.

Sərəncama əsasən, ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulur.

Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi nəzərdə tutulur.