ölkə prezidentinin bu ilin I yarısının sosisla-iqtisadi inkişafının yekunları ilə bağlı və qarşıda duran məsələlərə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlərə başlanılıb.
Bunu Trend-ə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.
Nazirlik rəsmisi deyib ki, ölkə ərazisində “iki” və “üç” ulduzlu otellərin tikintisi və sahibkarların bu sahəyə sitimullaşdırılması, marağının artırılması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq təşkilatlara məktublar hazırlanıb. Turistlərin rahat şəkildə ölkəmizə gəlməsi üçün şərait yaradan elektron vizanın müddətinin qısaldılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən qısa müddət ərzində birgə fəaliyyət planı hazırlanacaq.