Suriyada müxaliflər hava hücumlarından müdafiənin yeni metodunu tapıblar.
Strateq.az xəbər verir ki, Hələbdə rus və Suriya təyyarələrindən qorunmaq üçün sakinlər maşın təkərlərini yandırıb göy üzünü qara dumana qərq edirlər. Yaşayış məntəqələri üzərindən uçan təyyarələrin aşağıları görmək imkanları azalır və bombalama əməliyyatlarını yerinə yetirə bilmirlər.
Məlumata görə, yandırılmış təkərlərin qara dumanı altında sakinlər rahatlıqla evlərindən çölə çıxır, normal həyatlarını davam etdirirlər.