ABŞ prezidenti Barak Obama bildirib ki, özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı İraq və Suriyada aparılan mübarizədə uğurlara baxmayaraq qruplaşma hələ də təhlükə yaradır.
Cənab Obama Pentaqon görüşündən sonra jurnalistlərə açıqlama verib və deyib ki, İŞİD məğlub olacaq.
Obama qruplaşmanın özü üçün Suriyada paytaxt elan etdiyi Raqqa şəhərini, əlavə olaraq onların İraqda güc mərkəzi olan Mosulu itirəcəklərini proqnozlaşdırıb.
Cənab Obama deyib ki, İŞİD-in "bütün il ərzində Suriya və ya İraqda aparılan əməliyyatların heç birində böyük uğuru olmayıb. İŞİD ABŞ-ı və ya bizim NATO tərəfdaşlarımızı məğlub edə bilməz".
Onun sözlərinə görə ABŞ koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlar sayəsində İŞİD qruplaşmasının əsgər sayı son iki il ərzində minimuma enib.
Strateq.az