XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 10:31

Sarkisyan repressiyalara başladı-Yerevanda kütləvi həbslər

ermenistan-3

Yerevanda  iyulun 17-də polis-patrul alayını ələ keçirib iki həftədən sonra hakimiyyətə təslim olmuş silahlı dəstənin müdafiəsi məqsədilə cümə axşamı gecəsi təşkil olunan mitinq və dinc yürüş iştirakçıları polis hücumuna məruz qalıb.

“Qırmızı beretli” adlandırılan xüsusi təyinatlı polis qüvvələri yürüş başa çatdıqdan sonra Azadlıq meydanına qayıtmış gəncləri həbs etməyə başlayıb.

Bu barədə “Təsisçi parlament" radikal müxalif hərəkatı sosial şəbəkələr vasitəsilə məlumat yayıb. 20-dən çox gəncin tutulub polis şöbələrinə aparılıdığı bildirilir.

Mitinq zamanı Azadlıq meydanında olan "BBC Azərbaycanca"nın müxbiri aksiyanın sakit keçdiyini, ətrafda tək-tük polis əməkdaşı gözə dəydiyi və aksiyanın keçirilməsinə mane olmadıqlarını deyib.

Axşam saat 21-də başlayan təxminən 1,5-2 min mitinq iştirakçısının bir hissəsi mitinqdən sonra Yerevanın mərkəzi küçələri ilə yürüş keçirmək qərarına gəlib. Yürüş iştirakçıları həmişəki – “Azad müstəqil Ermənistan!”, “Serjik, istefa!”, “Torpaq təhvil verəni torpağa təhvil verərik!”  şüarlarını səsləndiriblər.

Azsaylı polis qüvvələri yürüşün keçirilməsinə də maneə olmayıb və yalnız yürüş iştirakçılarının bir hissəsi Azadlıq meydanını tərk etdikdən sonra “qırmızı beretli” polislər qəfildən meydana daxil olub, gəncləri tutmağa başlayıblar.

Səhər məlum olub ki, gecə daha bir müxalifətçi fəal, Harutyun Ağlamazyan, “naməlum şəxslər tərəfindən döyülüb”.

“Təsisçi parlament” hərəkatı bəyan edib ki, axşam iş yerindən “şahid qismində” ifadə vermək məqsədilə hərəkatın üzvü Harutyun Ağlamazyan Xüsusi İstintaq Xidmətinə dəvət olunub.

Bir neçə saat saxlandıqdan sonra evə qayıdanda üç nəfər mülki geyimli naməlum şəxs onun adını soruşub və döyməyə başlayıblar. Bu barədə Ağlamazyanın atası məlumat verib.

Harutyun Ağlamazyan, silahlı dəstənin müdafiəsi  məqsədilə keçirlən aksiyaların təşkilatçıları Armen Martirosyan, David Sanasaryan və Andreas Qukasyan həbs olunduqdan sonra, bu vəzifəni öz üzərinə götürmüşdü.

Armen Martirosyan, David Sanasaryan və Andreas Qukasyan “kütləvi iğtişaşlar təşkil etmək” ittihamı ilə 2 ay müddətinə həbs olunub.