XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 14:39

Nazirlikdən avqustun birinci ongünlüyündəki istilərlə bağlıXƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti isti hava şəraiti barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, rayonlarda 35-40, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacağı gözlənilir.