XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 09:19

İsrail qəzəblidir: “Qərb İrana təslim oldu”

İranla “altılıq”ların nüvə razılaşmasına ilk reaksiya gözlənildiyi kimi, İsraildən gəlib. özü də 3 kəskin bəyanat birdən…

Əvvəl İsrailin baş naziri Benyamin Netanyahu danışıb. O, sazişi “tarixi bir xəta” adlandırıb. Netanyahudan sonra mətbuat nümayəndələrinin önünə çıxan Mədəniyyət naziri Miri Regev isə bu anlaşmayla “İrana öldürmək izni verildi”yini deyib. Ən son reaksiya isə İsrailin xarici İşlər nazirinin müavini Tzipi Hotovelidən gəlib. Xanım diplomat bu gün Qərbi “şər qüvvələrin sərdarı olan İrana təslim olmaqda” günahlandıraraq, fikrini belə tamamlayıb: “İsrail sazişin ləğvi üçün əlindən gələni edəcəkdir”.

Strateq.az