XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 11:20

Nazir Ramil Usubov 2145 nəfəri mükafatlandırdı – Tədbir

Daxili İşlər Nazirliyində I Avropa Oyunları zamanı ictimai asayişin qorunmasında qarşıya qoyulan tapşırıqların və təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələrin yerinə yetirilməsində fərqlənən bir qrup əməkdaşa mükafatların təqdim olunma mərasimi keçirilib.

Bu barədə Strateq.az-a nazirliyin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələrək əsil vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdiklərini vurğulayıb. Yarışların ölkənin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün böyük bir fəaliyyət ortaya qoyulduğu, belə nümunəvi və fədakar xidmətin həm xalqımız, həm də ölkəmizə gəlmiş çoxsaylı qonaqlar, turistlər və idmançılar tərəfindən razılıqla qarşılandığı qeyd edilib.

Dövlət başçısının tapşırığı ilə I Avropa Oyunları zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın və təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə 2145 əməkdaş və hərbi qulluqçunun mükafatlandırıldığı, eyni zamanda, ərazi polis orqanlarından Nazirliyin rəhbərliyinədək olan səviyyədə isə, ümumilikdə, təxminən 7 min nəfər barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu diqqətə çatdırılıb.
Nazir nümunəvi xidmətə görə bütün şəxsi heyətə təşəkkürünü bildirib. Sonra Baş Kadrlar İdarəsənin rəis müavini, polis polkovniki Səfər Əliyev mərasimə dəvət olunan 155 əməkdaşın siyahısını elan edib.
Nazir Ramil Usubov mükafatları təqdim edərək fərqlənənləri təbrik edib, hər bir təltifin yüksək məsuliyyət doğurduğunu xatırladıb, onlara xidməti fəaliyyətdə uğurlar arzulayıb.
Tədbirin sonunda Daxili işlər naziri mərasim iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə üzərlərinə düşən vəzifələri, dövlət başçısının qarşıya qoyduğu bütün tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcək.