XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 12:59

Həsən Ruhani: “Sanksiyalar istinasız olaraq ləğv olunub”

İran prezidenti Həsən Ruhani də imzalanan nüvə razılaşmasıyla bağlı açıqlama verib.

Strateq.az bildirir ki, o, dövlət televiziyasıyla çıxışında indiyə qədər verilən bütün xəbərləri alt-üst edən və ciddi mübahisələrə səbəb olacaq məlumatlar açıqlayıb. Prezidentin bildirdiyinə görə, bu gün Vyanada imzalanan sazişə görə, İrana qarşı tətbiq olunan bütün sanksiyalar ləğ olunub. Halbuki, məlum toplantıdan sonra mətbuata sızdırılan məlumatlarda silah başda olmaqla, bir sıra embarqoların daha 8 il qüvvədə qalacağı bildirilirdi.

Həsən Ruhani isə belə demir, açıq şəkildə həmin embarqoların da ləğvindən danışır. O bildirib: “Saziş qüvvəyə mindiyi gündən etibarən, silah və raket embarqoları da daxil olmaqla, bütün sanksiyalar ləğv olunacaq. Bank və maliyyə, sığorta və nəqliyyat, neft-kimya və qiymətli metallurgiya sanksiyalarının hamısına hər hansı məhdudiyyətlər gətirilməyəcək, onlar tamamilə ortadan qaldırılacaq”.

Strateq.az