XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 19:47

Məhbus general Türkiyə hakimiyyətini təhdid etdi:“1 aydan sonra görüşərik!”

Demirarslan

15 iyul çevriliş cəhdinin qarşısı alınsa da, təhlükə hələ də sovuşmayıb. Bunu Türkiyə hakimiyyətinin ən yüksək dairələri də etiraf edirlər.

Maraqlıdır ki, çevriliş cəhdində ittiham edilərək həbsə atılan Türkiyə Silahlı Qüvvələri generallarından birinin istintaq prosesi zamanı müstəntiqə ünvanladığı mesaj da əndişələrin əsassız olmadığını göstərir.

Strateq.az xəbər verir ki, “Akşam” qəzetinin yazarı Murat Kelkitlioğlu TSQ Hava Qüvvələri qərargahının rəisi general-leytenant Həsən Hüseyn Demirarslan ilə əlaqədar çox maraqlı məlumat açıqlayıb. Yazarın bildirdiyinə görə, nəzarət altına alınan müttəhim sorğulanmaq üçün İzmir Terrorla Mübarizə Şöbəsinə gətirilib. Onun istintaqını yüksək səviyyəli terror mütəxəssisi aparıb. İstintaq sorğusu bitdikdən sonra Demirarslan masanın üstünə eynilə belə yazaraq otağı tərk edib: “1 ay sonra görüşərik”!