XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 13:43

Elektron formada Prezidentə necə müraciət etmək olar?

Prezident_5.jpg

Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sahibkarlara müraciət edərək, rastlaşdıqları neqativ hallarla bağlı birbaşa ona müraciət edilməsini istəyib.
Prezident vurğulayıb ki, xoşagəlməz hallar baş verən zaman sahibkarlar birbaşa ona e-mail vasitəsilə, məktub yazmaqla müraciət edə bilərlər: “… Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin – bu, dözülməz haldır! Yəni, bunu edən dövlətə xəyanət edir! Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir! Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.
İnterAZ xatırladır ki, elektron formada Prezidentə aşağıdakı üsullarla müraciət etmək olar :
İlk öncə Prezidentin rəsmi İnternet saytına (president.az) daxil olmaqla elektron formada məktub göndərmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı var. Bunun üçün http://az.president.az/letters/new_form linkinə daxil olmaqla müvafiq formada 1500 işarə həcmində mətn yerləşdirmək olar. Prezidentin rəsmi İnternet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur.
Strateq.az