XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 10:27

“Marakana” stadionunda möhtəşəm açılış –Rioda Yay Olimpiya Oyunları başladı - Fotolar

Rio-acilish

APA– nın məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 03:00-də  başlanan mərasim “Marakana” stadionunda təşkil olunub.

Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıb. Bədii hissə başa çatdıqdan sonra komandaların paradını ənənəvi olaraq Yunanıstanın idmançıları açıb. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olub.

Təntənəli mərasimdə XXXI Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Karlos Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış ediblər, Braziliya prezidentinin səlahiyyətlərini icra edən Mişel Temer isə  XXXI Yay Olimpiya Oyunlarının rəsmi şəkildə açıq elan edib. Oyunların məşəlini 46 yaşlı yüngül atlet, marafonçu Vanderley de Lima alovlandırıb

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığması idmanın 18 növü üzrə 56 idmançı  ilə təmsil olunacaq. Avqustun 21-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306  dəst medal uğrunda mübarizə aparacaq.

Rio-acilish-1

Rio-acilish-2