XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 11:33

Ərdoğan və Putin“Yol xəritəsi” hazırlayacaqlar

erdoqan-putin-00-33

Rusiyanın nüfuzlu “Kommersant” qəzetində Rusiya Türkiyə prezidentlərinin görüşündən gözlənilən nəticələr, Ankara-Moskva münasibətlərinin perspektivi ilə bağlı maraqlı məqalə dərc olunub. 

“Türk axını”  məqaləsində qeyd edilir ki, gələn həftə Moskvaya böyük “türk desanatı” gələcək. Bazar ertəsi Türkiyə XİN başçısının müavini Umit Yalçın rusiyalı həmkarı Mixail Boqdanovla Suriya nizamlanmasını, Cenevrə danışıqlarının bərpa olunmasını müzakirə edəcək.  Bunun sabahısı isə Sankt-Peterburqda Rusiya Türkiyə prezidentləri görüşəcəklər.

Türkiyənin baş nazirinin müavini Mehmet Şimşeyin Moskvaya səfərində isə əsas mövzu iqtisadi məsələlər olacaq.

Sankt-Peterburq sammitində Ədoğan və Putinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə sərbəst müzakirələri də nəzərdə tutulub.

“Kommersant” Ərdoğanın səfəri ilə bağlı rus ekspertlərinin də fikirlərini öyrənib.

Publik Diplomatiya və Beynəlxalq Münasibətlərin Şərq Araşdırmaları Mərkəzinin direktoru Vladimir Avatkov bildirib ki, Ərdoğanın indiki şərtlər şərçivəsində Sankt-Peterburqa səfəri çox mühümdür: “Hər lider ölkəsində daxili vəziyyətin kəskinləşdiyi bir vaxtda xaricdə görüşə razılıq vermir. Ərdoğan bir az əvvəl dövlət çevrilişi cəhdi ilə üzləşmişdi. İndi isə Avropa İttifaqı və ABŞ Türkiyəyə çox böyük təzyiq göstərirlər. İndiki vəziyyətdə Türkiyə lideri üçün Moskva ilə ciddi  dialoqa başlamaq çox vacibdir. Özü də, yalnız iqtisadi məsələlərlə bağlı yox, eyni zamanda təhlükəsizlik məsələləri də çox vacibdir. Əslində hər iki  ölkənin münasibətlərinin gələcəyi də bundan asılıdır.

“Kommersant” qeyd edir ki, Sankt-Peterburq sammitində Rusiya – Türkiyə müzakirələrini əsas nəticəsi ölkələr arasında əməkdaşlığın inkişafı üçün “Yol xəritəsi” hazırlanması olacaq.

Qəzet Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamalarını da xatırladır. Uşakov bildirib ki, əgər Sankt-Peterburq görüşündə yaxşı nəticələr alınarsa 2017-ci ildə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Bu Şuraya prezidentlər sədrlik edirlər və bütün nazirlər bu qurumda təmsil olunurlar.

Strateq.az