XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 16:35

Prezidentdən yeni fərman – Nazirlər Kabinetinə tapşırıq verildi
Bu gün Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Strateq.az xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilib. Dəyişikliklə bağlı aşağıdakı tapşırıqlar həyata keçiriləcək:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1076-6.4.3-cü maddəsinə uyğun olaraq, müvafiq dövlətlərin siyahısını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1076-6.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Məcəllənin 1076-6.4.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Məcəllənin 403-1.2-ci, 991.2-ci, 992-ci, 997.4-cü (ikinci cümlədə), 1076-2.3-cü, 1076-6.5-ci, 1076-6.6-cı (ikinci cümlədə), 1076-7.3-cü (birinci cümlədə), 1076-9.4-cü, 1076-10.4-cü (birinci və ikinci cümlələrdə), 1076-11.1-ci, 1076-11.3-cü, 1076-11.4-cü (birinci və ikinci cümlələrdə), 1076-11.5-ci (üçüncü cümlədə), 1076-13.3-cü (birinci və ikinci cümlələrdə), 1076-13.4-cü, 1076-13.6-cı (birinci və ikinci cümlələrdə), 1076-13.7-ci (birinci və ikinci cümlələrdə), 1076-13.10-cu, 1076-13.11-ci (üçüncü cümlədə), 1078-1.2-ci (ikinci cümlədə), 1078-23.17-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
3. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403-1.2-ci, 991.2-ci, 997.4-cü (ikinci cümlədə), 1076-6.6-cı (ikinci cümlədə), 1076-10.4-cü (birinci cümlədə), 1076-11.3-cü, 1076-13.7-ci (ikinci cümlədə), 1078-1.2-ci (ikinci cümlədə), 1078-23.17-ci maddələrindən irəli gələn normativ hüquqi aktları beş ay müddətində qəbul etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.