XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 12:31

MSK-dan referendumla bağlı yeniAÇIQLAMA

 

msk

Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, 2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendumqabağı təşviqat aparmaq məqsədilə üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

–       İctimai Televiziya və Radio Yayımları Şirkəti;

–       “Azərbaycan” qəzeti;

–       ”Xalq qəzeti”;

–       “Bakinski raboçi” qəzeti.

MSK-dan Modern.az-a bildirilib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları referendumqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Modern.az