Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbsdən azad edilib.
Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, N.Quliyevin həbs müddəti başa çatıb və o, azadlığa buraxılıb.
Qeyd edək ki, sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onu da xatırladaq ki, Nicat Quliyevi 2013-cü il avqustun 7-də keçmiş MTN tərəfindən həbs olunmuşdu.