XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 14:20

İlk dəfə əhalininmanat əmanətləri artıb

Manat 50

İyunda banklarda əhalinin əmanətləri 195 mln manat artaraq 7 mlrd 761 mln manat təşkil edib, deyə Əmanətlərin Sığortası Fondu bildirir.

Bu, ilin əvvəlindən əmanətlərin ilk artımıdır. Beş ayda əmanətlər 20,14% və ya 1 mlrd 908 mln manat azalıb.

Əmanət artımı hökumətin ləğv edilən «Zaminbank», «Parabank», «Dekabank» və «Kredobank»ın əmanətçilərinə kompensasiya verilməsi üzrə addımları ilə eyni vaxta düşüb. 

Bu, dövlətin öhdəliyini ödəyəcəyinə etimadın artmasından xəbər verir.

2015-ci ildə  əhalinin əmanətləri 4 mlrd 422,4 mln manatdan 1 mlrd 420,2 mln manata azalıb. Əmanətlər əsasən valyutaya konvertasiya edilib.

2015-ci ildə əhalinin valyuta əmanətləri 3 dəfə artaraq 8 mlrd 053,7 mln manat təşkil edib.

Hazırda valyuta əmanətləri bütün əmanətlərin 85%-dir