XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 15:40

Rusiya Dəmir Yolları rəsmisi:"Fars körfəzindən Avropaya yeni marşrut açılaçaq"

aleksand_misharin_060816_1

"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin gələcək inkişafı digər marşrutlarla – ən əsası Süveyş kanalı ilə ənənəvi dəniz marşrutu ilə müqayisədə yüklərin çatdırılmasında danılmaz üstünlüklərə malik olmaqla Rusiya, Azərbaycan və İran üçün böyük əhəmiyyətə malikdir. Bu barədə Trend-ə eksklüziv olaraq Rusiya Dəmir Yolları (RDY) ASC-nin birinci vitse-prezidenti Aleksandr Mişarin deyib.

Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisi yalnız ölkələr arasında birbaşa dəmir yolu əlaqəsini qısaltmayacaq, həm də bir nəqliyyat vasitəsindən başqa nəqliyyata yüklərin boşaldılması sayını azaldacaq: “Bununla da yük daşıyıcıları vaxta və xərclərə real qənaət əldə edəcəklər. Biz ümid edirik ki, üç ölkə prezidentlərinin qarşıdakı görüşü “Şimal-Cənub” layihəsinin inkişafına əlavə təkan verəcək və biz yaxın zamanlarda Fars körfəzi ölkələrindən Avropaya yüklərin daşınmasında yeni, strateji dəmir yolu marşrutunun açılmasının şahidi olacağıq”.

Rusiya Dəmir Yolları ASC-nin birinci vitse-prezidenti həmçinin bildirib ki, bu ilin may ayında Rusiya və İran dəmir yolu idarələrinin rəhbərləri Bəndər-Abbasdan Moskvaya təcrübə konteyner qatarın göndərilməsi barədə razılıq əldə ediblər: “Bu məsələ ilə bağlı işçi qrupu yaradılıb. Hazırda konteynerlər Hindistandadır və nəqliyyat sxemi yaradılır”.

A.Mişarin həmçinin maliyyə məsələlərinə də toxunaraq vurğulayıb ki, Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi layihəsinin müxtəlif mərhələlərində fərqli sxemlərin, o cümlədən üçtərəfli birgə müəssisənin yaradılması nəzərdən keçirilib: “Hazırda İran və Azərbaycan tərəfi Astaraçay üzərindən keçməklə dəmir yolu körpüsünün və İran ərazisində Astarada yük terminalının tikintisi barədə razılığa gəliblər. Bu ilin aprel ayında Astaraçay üzərindən dəmir yol körpüsünün təntənəli təməlqoyma mərasimi keçirilib. Bizə məlum olduğu qədər hazırda Azərbaycan tərəfindən Rəşt-Astara (İran) hissəsinin tikintisi üçün İrana dövlətlərarası kredit ayrılması nəzərdən keçirilir. Biz Rusiya Dəmir Yolları ASC olaraq bu layihənin reallaşmasında iştirak etməkdə maraqlı olduğumuzu bəyan etmişik”.