“Human Rights Watch” (HRW) hüquq müdafiə təşkilatı Yerevanda keçən “əsasən dinc” etiraz iştirakçılarına qarşı hökumətin addımlarını təndiq edib.
"Yerevanda yürüşə qatılanlara qarşı əsassız kriminal ittihamlar irəli sürülüb, aşırı güc işlədilib, həbs edilmiş bəzi məhbusların təməl hüqüqları pozulub" – məzil qərargahı Nyu-York şəhərində yerləşən təşkilatın açıqlamasında deyilir.
Təşkilatın bəyanatı Yerevanda keçirilən nümayişin dağıdılmasından sonra səslənir: “Ermənistan hakimiyyətinin əsasən dinc etirazlara qarşı reaksiyası aşırı və amansız olub”.
İyul ayında Yerevandakı polis alayını ələ keçirənlərin çağırışından sonra Yerevanda demək olar ki, aramsız yürüşlər təşkil olunur.
Cümə günü nümayiş polis tərəfindən dağıdılarkən aksiya iştirakçıları arasında həbslər aparılıb. Fəallar polisin zor tətbiq etdiyini deyirlər.
BBC