Gürcüstanada oktyabrın 8-də keçiriləcək parlament seçkilərində Respublikaçılar Partiyası təkbaşına iştirak edəcək. Partiyanın seçki siyahısına isə parlamentin spikeri David Usupaşvili başçılıq edəcək. Bu barədə partiyanın saytında məlumat verilib.
Respublikaçılar Partiyası 1991-2003-cü illərdə parlamentdə təmsil olunub. 2004-cü ildən başlayaraq partiya müxalif cinahın əsas siyasi qüvvələrindən biri kimi çıxış edib.
2012-ci ildə partiya keçmiş baş nazir, milyarder Bidzina İvanişvili tərəfindən yaradılan "Gürcü arzusu" koalisiyasının tərkibində hakimiyyətə gəlib. 2016-cı il avqust ayına qədər partiya 3 nazirlə hökumətdə təmsil olunub. Hazırkı parlamentdə respublikaçılar "Gürcü arzusu"ndan sonra ikinci fraksiyaya malikdirlər.
Mart ayında partiya 8 oktyabr parlament seçkilərinə təkbaşına getmək qərarı verib. İyul ayında isə Respublikaçılar Partiyası "Gürcü arzusu"ndan tam ayrılıb.
Strateq.az