XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 19:10

Daha bir arayış elektron formada veriləcək

internet_22

"Report" "Elektron Hökumət" portalına istinadən xəbər verir ki, söhbət "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"ndən istifadəyə görə borcun olmaması haqqında arayış"dan gedir.

Bu arayışı portalda "Azərsu" ASC-nin elektron xidmətləri arasından əldə etmək mümkündür. Bunun üçün istifadəçi İstifadəçi portala ad/şifrə və ya elektron imza kartı vasitəsilə daxil olub "Bütün xidmətlər" bölməsində "Azərsu" ASC-nin xidmətləri arasından "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"ndən istifadəyə görə borcun olmaması haqqında arayışı seçməlidir. Abonəçi kodunu daxil edərək müvafiq elektron formanı doldurmaq, qrayış üçün müraciət edən şəxs aşağıda əks olunan məlumatları daxil etmək lazımdır:

– Şəxsiyyət vəsiqəsinin PİN kodu;

– Telefon nömrəsi;

– Elektron poçt ünvanı.

Müraciətə obyekt vətəndaşın mülkiyyətindədirsə, bunu təsdiq edən sənədin sürətini, obyekt icarəyə götürülübsə, icarə müqaviləsinin sürətini əlavə edib, prosesi tamamlamaq olar. Müraciət bir neçə gün ərzində "Azərsu" ASC tərəfindən dəyərləndirilir, nəticə elektron poçt vasitəsilə vətəndaşa göndərilir.

Bu müddət ərzində vətəndaş müraciətin vəziyyətini izləyə də bilir. Belə ki, müvafiq müraciətin mərhələli statusu xidmətin "göndərilən müraciət" bölməsində "baxılır", "təsdiqləndi" kimi göstərilir. Müraciət təsdiqləndikdə eyni bölmədə "çap edin" düyməsi aktiv olunur.

Hüquqi sənəd olan arayışlar subyekt barədə müvafiq informasiyanı təsdiqləmə vasitəsi kimi bir çox fəaliyyət sahələrində tətbiq olunur. Bu gün “Elektron hökumət” portalı vasitəsilə təqdim olunan 13 adda arayış bütün vətəndaşların, xüsusən də biznes sahiblərinin işini sadələşdirir.