XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 21:43

Yay Olimpiya Oyunlarının velosiped şosesi yaxınlığındapartlayış baş verib

rio

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının velosiped şosesi yaxınlığında partlayış baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda mətbuat nümayəndələri üçün nəzərdə tutulan tribunanın arxasında istehkamçılar işləyir. 

Rio-de-Janeyroda istehkamçılar Yay Olimpiya Oyunlarının velosiped şosesi yaxınlığında idarə olunan partlayış həyata keçiriblər.

TASS-ın məlumatına görə, finiş xəttində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Təşkilatçılar hadisə yerinə istehkamçıları çağırıblar. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, qeyd olunan velosiped şosesində 237 km distansiyada kişilər arasında yarış keçirilir.