XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 22:20

Rio-2016: Azərbaycanlı cütlük yarımfinala yüksəlib

rio-qayiq

XXXI Yay Olimpiya oyunlarının ikinci günündə daha bir idman növü üzrə təmsilçimiz qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, akademik avarçəkmədə ölkəmizi təmsil edən Aleksandr Aleksandrov və Boris Yutov cütlüyü yarımfinala yüksəliblər.

İki nəfərlik qayıqda 2000 metr məsafə üzrə yarışların təsnifat mərhələsində ilk qrupda mübarizə aparan təmsilçilərimiz 6:40,52 nəticə göstərərək 5 cütlük arasında ikinci yeri tutublar.

Bu nəticə komandamızı yarımfinala yüksəldib.