XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2015 - 07:55

Azərbaycanı tərk edən maşınlar pul ödəyəcək – Rəsmi qərar

masin-bazari.jpg

Maliyyə Nazirliyi «Yaşıl kart» sistemi üzrə fəaliyyət göstərmək istəyən sığorta şirkətləri üçün icbari sığorta tariflərini müəyyən edib.
«Yaşıl kart» ölkəni tərk edən avtonəqliyyat vasitələrinə tətbiq edilən icbari sığorta növüdür və gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Strateq.az Fins.az-a istinadən xəbər verir ki, nazirlik 3 kateqoriya üzrə tarif müəyyən edib. Türkiyə və İrana, Belarus, Moldova, Rusiya və Ukraynaya və «Yaşıl kart» sisteminə daxil olan ölkələrə gedən avtonəqliyyat vasitələri üzrə müxtəlif tariflər tətbiq ediləcək.
İcbari sığorta üçün 1, 3, 6 və 12 aylıq müddətlər müəyyən olunub. Minik avtomobilləri mühərrikinə, avtobuslar oturacaq sayına, yük avtomobilləri çəkisinə görə sığorta haqqı ödəyəcək. Motosikletlər, digər nəqliyyat vasitələri sərhədi keçərkən «Yaşıl kart» sorğusu ilə üzləşəcəklər.
Mühərrikindən asılı olaraq ən az məbləğ illik 80, ən çox 220 manatdır. Avtobuslarda illik 240-360 manat arasındadır. Yük avtomobilləri üçün isə məbləğ 350-440 manat arasında dəyişir. Amma məbləğlər ölkələr üzrə dəyişir.